Köhnə elektrik çaydanı ailəni EVSİZ QOYDU: Yaşayış binasında güclü yanğın BAŞ VERDİbackend

Köhnə elektrik çaydanı ailəni EVSİZ QOYDU: Yaşayış binasında güclü yanğın BAŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada nasaz elektrik çaydanı ucbatından çıxan yanğında ikiuşaqlı ana evsiz qalıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın paytaxtı Moskvada nasaz elektrik çaydanı ucbatından baş verən güclü yanğın ikiuşaqlı ananın evsiz qalmasına səbəb olub.

İlkin məlumatlara görə, yanğın təxminən 10 il əvvəl alınmış elektrik çaydanının şəbəkəyə qoşulmasından dərhal sonra başlayıb.

Alov çox qısa müddətdə yayılaraq mənzili bürüyüb, mətbəxi, dəhlizi və otaqları tamamilə məhv edib.

Ev sahibi olan qadın biraylıq körpəsini, yeddi yaşlı uşağını və pişiyini alovların içindən vaxtında sağ-salamat çıxarmağı bacarıb.

Yanğın təhlükəsi səbəbindən binadan ikisi azyaşlı olmaqla daha 10 nəfər sakin təxliyə edilib.

Hadisə yerinə dərhal yanğınsöndürən briqadalar cəlb olunub və yanğın tamamilə söndürülüb.

Hazırda yanğının səbəbləri müəyyənləşdirilir.

Xuraman Etibarlı

İnterpress.аz