Tramp öz xələfi olaraq Vensi görmək istədiyini bildirib.
İnterpress.аz xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının əsas sponsorları ilə keçirdiyi qapalı görüşündə özündən sonra Ağ Ev rəhbəri vəzifəsində Ceyms Devid Vensi (J.D. Vance) görmək istədiyini bəyan edib.
Prezidentin müşavirlərindən birinin verdiyi məlumata görə, Vens son vaxtlar İranla mühüm anlaşma memorandumunun imzalanmasına nail olmaqla Trampda olduqca böyük və müsbət təəssürat yaradıb.
Bununla belə, qəzetin digər mənbələri Trampın gələcəkdə rəsmən kimi dəstəkləyəcəyinə – Vensi, yoxsa Mark Rubionu seçəcəyinə hələ tam əmin olmadıqlarını qeyd ediblər.
Onların sözlərinə görə, ABŞ Prezidenti fərqli həmsöhbətlərinə olduqca ziddiyyətli fikirlər səsləndirir və öz son qərarını hər an dəyişə bilər.
Xuraman Etibarlı
İnterpress.аz






