Elbrusda turistləri xarab yemək yeməyə məcbur edən sektant bələdçi İFŞA EDİLDİbackend

Elbrusda turistləri xarab yemək yeməyə məcbur edən sektant bələdçi İFŞA EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Elbrusa çıxmaq istəyən turistləri xarab yeməklər yeməyə və su ilə danışmağa məcbur edən sektant bələdçi ifşa olunub.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya mətbuatında Elbrus dağı ətrafında fəaliyyət göstərən qeyri-adi və təhlükəli bir təriqət tipli düşərgənin fəaliyyəti ifşa olunub.

Özünü “kosmik energetika qurusu” adlandıran İqor adlı bələdçi Elbrusa pulsuz dırmaşmaq vədi ilə gəncləri 33 günlük “pulsuz əmək düşərgəsinə” cəlb edib. Lakin düşərgədəki dözülməz şərait bəzi insanların oradan qaçması ilə nəticələnib.

Zərərçəkən Anastasiyanın verdiyi məlumata görə, bələdçi onlara iylənmiş, xarab olmuş yeməklər yedirib və insanlarla danışmağı qadağan edərək yalnız su ilə “ünsiyyət qurmağı” məcbur edib.

Düşərgədə mikrodalğaların bədən enerjisinə zərər vurduğu bəhanəsi ilə telefonlardan istifadə qadağan olunub, qapıların dəstəkləri sökülüb.

Kişilərin “kosmik”, qadınların isə “dünyəvi” olduğunu iddia edən bələdçi gənc qızları ağır fiziki işlərə – yol qazmağa və daş daşımağa məcbur edib.

Məlum olub ki, “kosmoenerji üzrə mütəxəssis”in özü də ağır narkotik maddələrin təsiri altında turistləri rəsmi dövlət qeydiyyatından və atestasiyadan keçmədən Elbrus zirvəsinə çıxarırmış.

24 gündən sonra düşərgədən qaçmağı bacaran Anastasiya və həyat yoldaşı rəhbərliyin həmçinin çoxarvadlılıq (poliqamiya) icması qurmaq və bir neçə qızla evlənmək planları olduğunu öyrəndikdən sonra bu addımı atıblar.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.аz