Qaziantepdə mənzildə baş verən yanğında 91 yaşlı qadın yanaraq ölüb.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Qaziantep şəhərində yaşayış mənzillərindən birində ölüm hadisəsi ilə nəticələnən yanğın baş verib.
Mənzildə qəfildən başlayan yanğın zamanı köməksiz vəziyyətdə qalan 91 yaşlı ahıl qadın ağır yanıq xəsarətləri alaraq faciəvi şəkildə həyatını itirib.
Hadisə yerinə dərhal yanğınsöndürənlər, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Lakin kəskin alov səbəbindən yaşlı qadının həyatını xilas etmək artıq mümkün olmayıb.
Yanğının tamamilə söndürüldüyü və digər qonşu mənzillərə ciddi zərər dəymədiyi bildirilib.
Hazırda hadisənin başvermə səbəbləri müvafiq dövlət orqanları və mütəxəssislər tərəfindən araşdırılır.
Xuraman Etibarlı
İnterpress.аz






