Atletik fitnes üzrə dünya çempionu plastik əməliyyat zamanı KOMAYA DÜŞDÜ – FOTObackend

Atletik fitnes üzrə dünya çempionu plastik əməliyyat zamanı KOMAYA DÜŞDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada atletik fitnes üzrə dünya çempionu estetik əməliyyat zamanı komaya düşüb.

İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Moskvada estetik əməliyyat keçirən atletik fitnes üzrə dünya çempionu Anna Seryogina faciəvi şəkildə komaya düşüb.

51 yaşlı qadın idmançı “SM-Klinika” tibb mərkəzində ona venadaxili narkoz vurulan saniyələrdə qəfildən huşunu itirib.

Həkimlərin yerindəcə apardıqları təcili reanimasiya tədbirləri heç bir nəticə verməyib və o, dərhal komaya düşüb.

Məlumata görə, idmançı əvvəllər də döş böyütmə əməliyyatı keçirib və onda implant ətrafında maye toplanması (seroma) fəsadı yaranıb.

Tibb mütəxəssisləri bu gün həmin xoşagəlməz fəsadı aradan qaldırmaq və vəziyyəti düzəltmək məqsədilə növbəti plastik əməliyyat həyata keçirmək istəyiblər.

Qeyd edək ki, komaya düşən idmançı xanım atletik fitnes üzrə Rusiya çempionu, Avropa çempionatının bürünc mükafatçısı və cütlük şəklində pozvermə üzrə dünya çempionudur.

Faktla bağlı paytaxt hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.аz