Rusiyadan İrəvana XƏBƏRDARLIQ: “Vətəndaşlarımıza Ermənistana getməyi qadağan edə bilərik”backend

Rusiyadan İrəvana XƏBƏRDARLIQ: “Vətəndaşlarımıza Ermənistana getməyi qadağan edə bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya vətəndaşlarına Ermənistana səyahətlərdən yayınmağı tövsiyə edə bilər.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiya Federasiyası rəsmi İrəvanın üçüncü ölkələrin rəsmi sorğusu əsasında Rusiya vətəndaşlarını həbs etməyə davam edəcəyi təqdirdə öz vətəndaşlarına Ermənistana səyahət etməkdən yayınmağı tövsiyə edə bilər.

Bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan Milli Məclisinin sədri Rubinyan ilə apardığı danışıqlar zamanı birbaşa xəbərdarlıq edib.

Matviyenko Ermənistan tərəfinin üçüncü ölkələrin sifarişi ilə Rusiya vətəndaşlarını saxlamasını “sistematik xarakterli” xoşagəlməz hal adlandırıb.

Rusiya rəsmiləri bu cür birtərəfli həbslərin iki ölkə arasındakı müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə ciddi zərər vurduğunu vurğulayıblar.

Rəsmi Moskvanın bu xəbərdarlığı Ermənistanın Qərb ölkələri ilə yaxınlaşması fonunda Rusiya-Ermənistan əlaqələrində yaranan növbəti gərginliyin göstəricisi kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.аz