Moskva ətrafında fırıldaqçıların qurbanı olan gənc qız mənzili qarət edib yandırıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Reutov şəhərində dələduzların təsirinə məruz qalan 19 yaşlı qız başqasının mənzilini qarət edərək yandırıb. Hadisə barədə Rusiya Daxili İşlər Nazirliyindən rəsmi məlumat verilib.
İstintaqın məlumatına görə, naməlum şəxs 19 yaşlı qıza zəng edərək fırıldaqçıların onun fərdi məlumatlarını əldə etdiyini, onun adına böyük məbləğdə kredit götürərək vəsaiti Ukrayna Silahlı Qüvvələrinə göndərə biləcəklərini deyib.
Virtual “kuratorların” birbaşa tapşırığı ilə hərəkət edən qız eyni sxemlə aldadılan Reutov şəhərinin 20 yaşlı sakininin evinə gedərək onun “bəyan edilməsi” üçün hazırladığı nəğd pulları və mənzilinin açarlarını kuryer qismində təhvil alıb.
Daha sonra mənzilə daxil olan şübhəli qız orada əlavə olaraq tapdığı daha 200 min rubl (təxminən 4100 manat) nəğd pulu oğurlayıb.
Cinayətin rəsmi izini itirmək məqsədilə o, evdəki yataq matrasına od vuraraq hadisə yerindən qaçıb.
Xuraman Etibarlı
İnterpress.аz






