Qayalıqda foto çəkdirmək istəyən turist 10 metr hündürlükdən YIXILDI – VİDEObackend

Qayalıqda foto çəkdirmək istəyən turist 10 metr hündürlükdən YIXILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gelencikdə fotosessiya etmək istəyən turist qayalıqdan yıxılaraq sağ qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Gelencikdə dəniz kənarındakı uca qayalığın kənarında şəkil çəkdirmək istəyən turist ehtiyatsızlıq edərək dərəyə yuvarlanıb.

Vəhşi çimərlik ərazisində gəzintidə olan kişi diqqətsiz addım ataraq 10 metr hündürlükdən aşağı düşüb.

Bir neçə dəfə aşaraq dayana bilən turist möcüzə nəticəsində sağ qalsa da, ayağı sınıb.

Hadisə şahidlərinin Fövqəladə Hallar Nazirliyinə xəbər verməsindən sonra xilasedicilər əraziyə cəlb olunub və zərərçəkmiş təxliyə edilərək xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az