Gömrükdə qadının üzərindən 141 min manatlıq zinət əşyası TAPILDI – FOTObackend

Gömrükdə qadının üzərindən 141 min manatlıq zinət əşyası TAPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şeremetyevo gömrüyündə sərnişinin üzərindən 7 milyon rublluq zinət əşyaları tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Honkonqdan uçub gələn Rusiya vətəndaşı olan qadının üzərində metaldetektor vasitəsilə brend markalara aid zinət əşyaları aşkar edilib.

Şübhəli şəxsin boynunda boyunbağı şəklində bir-birinə bərkitdiyi 5 ədəd “Van Cleef & Arpels” qolbağı olub.

Bununla yanaşı, onun üzərində “Bulgari”, “Cartier” və “Messika” brendlərinə məxsus 5 üzük, sırğalar və 2 qolbaq saxladığı müəyyən edilib.

Aşkar olunan zərgərlik məmulatlarının ümumi dəyəri 7 milyon rubl (təxminən 141 000 manat) təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az