35 yaşlı azərbaycanlı iyunun 16-da 22 yaşlı keçmiş arvadını və 65 yaşlı qaynanasını bıçaqla zərbə endirərək öldürüb, qaynatasını isə yaralayıb. Evdən qiymətli əşyaları götürərək qatil hadisə yerindən uzaqlaşıb.
Bu gün Samara vilayət polisinin portalında qatilin atasının ona videomüraciəti yayımlanıb. Yaşlı kişi oğlundan polisə təslim olmasını xahiş edir.
Polis xəbərdarlıq edir ki, qatilin 35 yaşı var, orta boyludur və orta bədənlidir, tünd rəngli saçları və tünd gözləri, iri burnu var, eynəkdə gəzir. (virtualaz.org)
İnterpress.az