Kişi altını islatdığı üçün 5 yaşlı ögey oğlunu döyərək ÖLDÜRDÜ – VİDEObackend

Kişi altını islatdığı üçün 5 yaşlı ögey oğlunu döyərək ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kuban bölgəsində ögey ata serebral iflicdən əziyyət çəkən 5 yaşlı uşağı döyərək öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Kuban bölgəsində 28 yaşlı kişi serebral iflicdən əziyyət çəkən 5 yaşlı ögey oğlunu döyərək öldürməkdə şübhəli bilinir.

Məlumata görə, uşaq altını islatdığı üçün qəzəblənən kişi ona azı səkkiz zərbə endirib, daha sonra uşağın başını radiatora vurub.

Uşağın vəziyyəti pisləşdikdən sonra kişi onu xəstəxanaya aparıb və həkimlərə uşağın hamamda yıxıldığını bildirib. Lakin həkimlər uşağın həyatını xilas edə bilməyiblər.

Xuraman Etibarlı

İnterpress.az