Estoniya Rusiya ilə sərhəddə 150 bunker TİKƏCƏKbackend

Estoniya Rusiya ilə sərhəddə 150 bunker TİKƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya Rusiya sərhədində 600-dək bunker tikməyi planlaşdırır.

İnterpress.az xəbər verir ki, bu barədə ERR telekanalı məlumat yayıb.

Estoniya Rusiya ilə sərhəd bölgəsində, İda-Virumaa ərazisində təxminən 150 bunker tikməyi planlaşdırır.

İstehkamlar Estoniyanın Latviya və Litva ilə birgə yaratdığı Baltik Müdafiə Xətti çərçivəsində inşa ediləcək.

Estoniyanın müdafiə naziri Martin Heremin sözlərinə görə, bunkerlərin 100-ü dövlət torpaqlarında, təxminən 50-si isə bələdiyyə və özəl mülkiyyətdə olan ərazilərdə yerləşdiriləcək.

Torpaq sahibləri ilə icarə, kompensasiya və ya torpağın satın alınması barədə danışıqlar aparılacaq.

Estoniya 2027-ci ilin sonunadək ümumilikdə 600-dək möhkəmləndirilmiş bunker yerləşdirməyi planlaşdırır.

Həmçinin tank əleyhinə xəndəklərin qazılması və beton maneələrin hazırlanması nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az