Lidiya Fedoseyeva-Şukşina ölümcül xəstə elan edilib və ona palliativ qulluq statusu verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
88 yaşlı SSRİ və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina reanimasiyada süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə qalır.
Məlumata görə, ağır ürək-damar xəstəlikləri fonunda onun orqanizmi tükənib və səhhəti pisləşməkdə davam edir.
Aktrisa 2019-cu ildə infarkt, 2023-cü ildə isə insult keçirib. Həkimlərin əsas xəstəliyi tam sağaltmaq imkanının olmadığı bildirilir.
Bu mərhələdə əsas məqsəd ağrıları və digər simptomları yüngülləşdirmək, aktrisanın rahatlığını təmin etmək və ona davamlı tibbi qulluq göstərməkdir.
Fedoseyeva-Şukşina oktyabrın ortalarından reanimasiyadadır. Məlumata görə, sonradan ürək çatışmazlığı və pnevmoniya fonunda böyrəklərinin fəaliyyəti də pozulub.
Xuraman Etibarlı
İnterpress.az






