Kişi həyat yoldaşına görə öz qardaşını ÖLDÜRDÜbackend

Kişi həyat yoldaşına görə öz qardaşını ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada kişi həyat yoldaşını müdafiə edərkən öz qardaşını öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Omsk vilayətində baş verən hadisə zamanı Aleksandr adlı kişi həyat yoldaşına əl qaldıran qardaşını bıçaqlayaraq öldürüb.

Məlumata görə, qonaq gələn qohum və onun həyat yoldaşı Aleksandrla İrinanın evində qonaqlıqda olublar.

Ev sahibəsi spirtli içkinin kifayət olduğunu düşünərək araq şüşəsini götürüb şkafda gizlədib.

Sərxoş vəziyyətdə olan qardaş buna əsəbiləşərək qadına zərbə endirib.

Hadisəni görən Aleksandr bıçağı götürərək qardaşının ürək nahiyəsinə zərbələr vurub. Aldığı xəsarətlərdən kişi ölüb.

Aleksandr saxlanılıb. Hadisə ilə bağlı araşdırmanın təfərrüatları açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az