Monakoda knyazın qohumunun müəmmalı ölümü ilə bağlı ukraynalı saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri knyazlığın prokurorluğunun bəyanatına istinadən məlumat yayıb.
Monakoda 42 yaşlı Ukrayna vətəndaşı knyaz Antuan de Massinin əmisi nəvəsinin ölümü ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.
O, təhlükə altında olan şəxsə kömək göstərməməkdə və ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur.
Daha əvvəl 29 yaşlı de Massinin Monakodakı parklardan birində ölü tapıldığı bildirilmişdi.
AFP-nin məlumatına görə, onun ölümünün ehtimal olunan səbəbi 13 metr hündürlükdən yıxılmasıdır.
Xuraman Etibarlı
İnterpress.az






