Qısqanclıq zəminində QANLI HADİSƏ: Gənc dostunu BIÇAQLADI – FOTO/VİDEObackend

Qısqanclıq zəminində QANLI HADİSƏ: Gənc dostunu BIÇAQLADI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada gənc oğlan sevgilisini gözləyən uşaqlıq dostunu bıçaqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvada narkotik və ya digər qadağan olunmuş maddələrin təsiri altında olduğu bildirilən gənc oğlan qısqanclıq zəminində uşaqlıq dostuna bıçaqla hücum edib.

Hadisə paytaxtın yaşayış rayonlarından birində gecə saatlarında baş verib. Təxminən 20 yaşlarında olan iki gənc uşaqlıqdan bir-birini tanıyıb.

Məlumata görə, münaqişə dostlardan birinin digərinin sevgilisini qarşılamaq üçün binanın girişində gözləməsi ilə başlayıb.

Bu vəziyyət şübhəlinin qısqanmasına səbəb olub və mübahisə nəzarətdən çıxan aqressiyaya çevrilib.

Hadisənin digər təfərrüatları, o cümlədən yaralının vəziyyəti barədə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az