Tənzilə Rüstəmxanlı Türkiyə Cümhuriyyətinin 103-cü ildönümünü təbrik edibbackend

Tənzilə Rüstəmxanlı Türkiyə Cümhuriyyətinin 103-cü ildönümünü təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşa, Cümhuriyyət! Yaşa, Türkiyəm!

Bu gün Azərbaycanın əzəli və əbədi qardaşı, doğma Türkiyəmizin Cümhuriyyət Günüdür!

103 il əvvəl böyük Mustafa Kamal Atatürkün öndərliyində türk millətinin azadlıq və istiqlal uğrunda apardığı qəhrəmanlıq mübarizəsi Cümhuriyyətin elanı ilə taclandı. Bu, sadəcə yeni bir dövlət idarəçiliyinin qurulması deyil, bir millətin öz taleyinə sahib çıxmasının, azadlıq və müstəqillik iradəsinin bütün dünyaya bəyanı idi.

Atatürkün türk millətinə əmanət etdiyi Cümhuriyyət bu gün də öz qüdrəti, müstəqilliyi və gələcəyə inamı ilə yaşayır. Bu böyük əmanətin əbədi yaşaması hər birimizin ən səmimi arzusudur.

Azərbaycan üçün Türkiyə heç vaxt sadəcə qonşu və dost dövlət olmayıb. Türkiyə bizim canımız, qanımız, qardaşımız, dar günümüzdə dayağımız, xoş günümüzdə sevincimizdir. Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri ilə Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu qardaşlığın əbədi mənəvi möhürüdür.

Bu gün Azərbaycanla Türkiyənin arasına nifaq salmaq, tarixi qardaşlığımıza kölgə salmaq istəyənlərə veriləcək ən gözəl cavab iki qardaş dövlətin bayraqlarının daim yanaşı dalğalanmasıdır!

Nə qədər ki, Azərbaycan Türkiyənin, Türkiyə Azərbaycanın yanında olacaq, nə qədər ki, bir millətin iki dövləti bir-birinin sevincini və kədərini bölüşəcək, bu qardaşlıq da, bu birlik də yaşayacaq!

Bu əlamətdar gündə böyük Mustafa Kamal Atatürkü, istiqlal və Cümhuriyyət uğrunda canından keçən bütün şəhidləri dərin ehtiramla anıram.

Cümhuriyyətin 103-cü ili mübarək olsun, can Türkiyəm!

Müstəqilliyin əbədi, bayrağın daim ucalarda olsun!

Yaşa, Atatürkün Cümhuriyyəti! Yaşa, Azərbaycan–Türkiyə qardaşlığı!

Bir millət, iki dövlət — əbədi qardaşlıq!