Tramp İspaniyanı miqrant axınına görə sərt tənqid edib.
İnterpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İspaniya ilə bağlı sərt açıqlama verib.
Trampın sözlərinə görə, ölkə miqrant axını səbəbindən ciddi təhlükə ilə üzləşir və nəticədə “xarabalığa çevrilə bilər”.
ABŞ Prezidenti, həmçinin Madridi NATO məsələsində tutduğu mövqeyə görə tənqid edib.
Tramp İspaniyanın İrana qarşı əməliyyatları dəstəkləməkdən imtina etməsindən də narazılığını bildirib.
Tramp İspaniyanın mövcud siyasətinin ölkə üçün ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






