Soçi və Adlerdə neft bazasına və hava hücumundan müdafiə mövqeyinə zərbə endirildiyi bildirilir
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Soçi və Adler ərazisində “Lukoyl” şirkətinə məxsus neft bazasına zərbə endirildiyi bildirilir.
Həmçinin S-300/S-400 zenit-raket komplekslərinin yerləşdiyi mövqeyə birbaşa zərbə dəydiyi iddia olunur.
Hadisənin nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






