30 xomyakın öldürülməsində şübhəli bilinən şəxs SAXLANILDIbackend

30 xomyakın öldürülməsində şübhəli bilinən şəxs SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada xomyakların kütləvi öldürülməsində şübhəli bilinən şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Yaponiyada polis avqustun 31-də 30 xomyakın öldürülməsində şübhəli bilinən 36 yaşlı kişini saxlayıb.

İstintaq orqanları heyvanların “sevgi oteli” adlandırılan saatlıq otellərdən birində öldürüldüyünü və hadisənin mümkün cinsi ritual xarakteri daşıdığını araşdırır.

İvate prefekturasında orta məktəbdə çalışan şübhəlinin bir neçə həftə əvvəl də saxlanıldığı bildirilir. Həmin vaxt onun təxminən 20 xomyakı tapdalayaraq öldürdüyü ehtimal olunurdu.

Polisin məlumatına görə, kişi xomyakları müxtəlif qadınlarla birlikdə saatlıq otellərdə öldürüb.

Heyvanların öldürülməsi Yaponiyada heyvanların müdafiəsi ilə bağlı qanunları pozur. Hadisə ilə əlaqədar iki qadın da saxlanılıb.

Polisin müsadirə etdiyi telefonda xomyakların öldürülməsi ilə bağlı videolar və cinayətin əvvəlcədən planlaşdırıldığını göstərən yazışmalar aşkarlanıb.

Xuraman Etibarlı

İnterpress.az