Cənubi Livanda Hizbullahın yeraltı komanda mərkəzi aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
İsrail ordusunun fəaliyyət göstərdiyi Cənubi Livandakı Əli əl-Tahar silsiləsinin altında Hizbullahın böyük yeraltı kompleksi yerləşdiyi bildirilir.
Məlumata görə, kompleksdə silah anbarları və komanda mərkəzi olub.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşı kimi təqdim edilən mənbənin sözlərinə görə, tunellərdə Hizbullah üçün mühüm əhəmiyyət daşıyan silahlar, o cümlədən raketlər və pilotsuz uçuş aparatları saxlanılıb.
Təşkilatın əsas komanda məntəqəsinin də bu ərazinin altında yerləşdiyi iddia olunur.
Mənbə bildirib ki, kompleks İsrail qüvvələri tərəfindən mühasirəyə alındığı zaman tunellərdə 70-100-ə yaxın Hizbullah döyüşçüsü, həmçinin SEPAH-ın iranlı hərbi məsləhətçiləri ola bilərdi.
Xuraman Etibarlı
İnterpress.az





