Ərdoğana sui-qəsd işi üzrə 10 nəfər SAXLANILDIbackend

Ərdoğana sui-qəsd işi üzrə 10 nəfər SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Ərdoğana sui-qəsd edən FETÖ üzvünün 10 əlbirliyi saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd cəhdinə görə daha əvvəl həbs edilən, FETÖ üzvü və keçmiş kapitan Burkay Karatepe ilə əlaqədə şübhəli bilinən 10 nəfər saxlanılıb.

İstintaq zamanı Karatepedən götürülən rəqəmsal materiallar və keçirilmiş tanınma prosedurlarının nəticələri araşdırılıb.

Araşdırmalara əsasən, FETÖ ilə əlaqəsi olduğu və Karatepe gizləndiyi müddətdə ona maddi yardım göstərdiyi iddia edilən şəxslər müəyyənləşdirilib.

Şübhəlilərin İstanbul və Əskişəhərdəki ünvanları müəyyən edildikdən sonra eyni vaxtda əməliyyatlar keçirilib. Əməliyyat zamanı 10 nəfər saxlanılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal daşıyıcı və digər elektron materiallar götürülüb.

Xuraman Etibarlı

İnterpress.az