Fransada istilər təxminən 7 min əlavə ölümə SƏBƏB OLDUbackend

Fransada istilər təxminən 7 min əlavə ölümə SƏBƏB OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada isti hava səbəbindən təxminən 7 min əlavə ölüm qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Stefani Rist France 2 telekanalının efirində məlumat verib.

Nazirin sözlərinə görə, Fransada havaların kəskin istiləşməsi nəticəsində təxminən 7 min əlavə ölüm qeydə alınıb.

Yer kürəsinin məsafədən zondlanması və xəritələndirilməsi üzrə Copernicus xidmətinin məlumatına görə, Qərbi Avropanın bir sıra ölkələrində iyul ayında havanın temperaturu orta göstəricidən 3-5 dərəcə yüksək olub.

Bununla yanaşı, iyun və iyul ayları birlikdə regionda meteoroloji müşahidələr tarixinin ən isti dövrü kimi qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az