Türkiyədə 3 uşaq atası ağır maddi vəziyyətə görə EVTANAZİYA TƏLƏB ETDİ – FOTObackend

Türkiyədə 3 uşaq atası ağır maddi vəziyyətə görə EVTANAZİYA TƏLƏB ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə kişi yoxsulluq səbəbindən dövlətə evtanaziya tələbi ilə müraciət edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qaziantepdə minimum əməkhaqqı ilə çalışan üç uşaq atası 46 yaşlı Mehmet Yetim yoxsulluq və ağır həyat şəraiti səbəbindən valiyə müraciət edərək evtanaziya tələb edib.

Yetim müraciətində kirayə evdə yaşadığını, üç övladının məktəbə getdiyini və ailənin yeganə təminatçısı olduğunu bildirib.

O, maddi çətinliklərin, narahatlıq və stressin yaşamaq gücünü tükətdiyini və insan ləyaqətinə uyğun həyat sürə bilmədiyini qeyd edib.

Kişi dövlətə könüllü şəkildə ölməsinə kömək göstərilməsi xahişi ilə müraciət etdiyini yazıb.

Xuraman Etibarlı

İnterpress.az