Zonquldakda 81 yaşlı qadın Bob Rossdan ilhamlanaraq rəssam olub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Zonquldak vilayətində 81 yaşlı Şahində xala televiziya aparıcısı və rəssam Bob Rossdan ilhamlanaraq rəsm çəkməyə başlayıb.
Artıq 22 ildir təbiət və mənzərələri təsvir edən qadın bu müddət ərzində çoxsaylı əsərlər yaradıb.
Onun çəkdiyi rəsmlər yerli sakinlərin marağına səbəb olur. Şahində xala yaradıcılıq fəaliyyətini davam etdirməyi planlaşdırır.
Xuraman Etibarlı
İnterpress.az






