“Yandex Music” süni intellektlə yaradılan mahnıları QEYD EDƏCƏKbackend

“Yandex Music” süni intellektlə yaradılan mahnıları QEYD EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yandex Music” süni intellektlə yaradılan mahnıları işarələyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Yandex Music” platformasında süni intellektdən istifadə edilməklə yaradılan mahnılar xüsusi işarələrlə qeyd olunacaq.

Treklərə “Tamamilə / qismən süni intellektdən istifadə edilməklə yaradılıb” və “Trek süni intellektdən istifadə edilməklə yaradılmış ola bilər” etiketləri əlavə ediləcək.

Bundan başqa, xidmət tövsiyələr bölməsində “Daha az süni intellekt” adlı yeni parametr tətbiq edib.

Xuraman Etibarlı

İnterpress.az