Kürdəmirdə toyda zəhərlənənlərin sayı 50 nəfəri keçibbackend

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 50 nəfəri keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.

Məlumata görə, onlardan 7-si azyaşlıdır.

Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən “Günəş” restoranında qeydə alınıb.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

30 sentyabr, 22:53

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

Hadisə şəhər ərazisində yerləşən “Günəş” restoranında qeydə alınıb.

Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.