Putin “Valday” forumunda bütün dünyanın gözlədiyi açıqlamalar verəcək – Peskovbackend

Putin “Valday” forumunda bütün dünyanın gözlədiyi açıqlamalar verəcək – Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin “Valday” forumunda mühüm açıqlamalar verəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “Interfax” məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin bu gün Beynəlxalq “Valday” Diskussiya Klubunun illik toplantısının plenar sessiyasında iştirak edəcək.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, dövlət başçısının çıxışında mühüm açıqlamalar gözlənilir.

Peskovun sözlərinə görə, Putin daha sonra panel müzakirəsinə də qatılacaq.

Prezidentin tədbirdə iştirakı Moskva vaxtı ilə saat 17:00-dan sonra gözlənilir.

Putinin axşam saatlarında Rusiyanın baş ravvini Berl Lazar və Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti Aleksandr Boroda ilə görüşməsi də planlaşdırılır.

Bundan başqa, dövlət başçısının qapalı formatda bir sıra görüşləri olacaq.

Xuraman Etibarlı

İnterpress.az