Cartoon Network və Nickelodeon eyni şirkətin tərkibinə keçə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Paramount və Warner Bros. arasında sövdələşmənin başa çatmasına yaxınlaşdığı bildirilir.
Məhkəmə antiinhisar işi üzrə razılaşmanı təsdiqləyib, sövdələşmənin yekun tamamlanmasının isə oktyabrın 6-na planlaşdırıldığı qeyd olunur.
Sövdələşmə başa çatdıqdan sonra Paramount, Warner Bros., HBO, CNN, Cartoon Network, Nickelodeon və CBS eyni şirkətin tərkibində birləşəcək.
Xuraman Etibarlı
İnterpress.az






