Qazaxıstanda 65 yaşlı sürücü iki uşağı vurub QAÇDI – VİDEObackend

Qazaxıstanda 65 yaşlı sürücü iki uşağı vurub QAÇDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda 65 yaşlı sürücü iki uşağı vurub və hadisə yerindən uzaqlaşıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Qazaxıstanda 65 yaşlı sürücü yol kənarında oturan iki azyaşlı uşağı avtomobillə vurub.

Məlumata görə, sürücü yol kənarında olan uşaqları görməyib və qəza nəticəsində onları ağır yaralayıb. Hadisədən sonra isə avtomobili saxlamadan yoluna davam edib.

Yaralı uşaqlar xəstəxanaya çatdırılıb. Hər iki uşağın əməliyyat olunduğu və hazırda reanimasiya şöbəsində müalicə aldıqları bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az