Rusiyada taunla bağlı NARAHATLIQ ARTIR – Respirator satışları ikiqat YÜKSƏLDİbackend

Rusiyada taunla bağlı NARAHATLIQ ARTIR – Respirator satışları ikiqat YÜKSƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada taun xəbərləri fonunda respirator və qoruyucu geyimlərə tələbat kəskin artıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyada taun xəstəliyinin mümkün yayılması ilə bağlı xəbərlərin fonunda respiratorlara, taun əleyhinə qoruyucu kostyumlara və “taun həkimi” maskalarına tələbatın əhəmiyyətli dərəcədə artdığı bildirilir.

Məlumata görə, “Wildberries” və “Ozon” platformalarında respiratorların satışları bir həftə ərzində təxminən iki dəfə artıb.

Qoruyucu kostyumlarla bağlı axtarış sorğularının sayının isə minlərlə dəfə yüksəldiyi qeyd olunur.

Məlumata əsasən, marağın artmasına İrkutsk vilayətində taun əleyhinə mübarizə institutunun əməkdaşının ölüm xəbəri də təsir edib.

Xuraman Etibarlı

İnterpress.az