Ermənistanda şagirdi döyən müəllimin həbsinə ORDER VERİLDİ – VİDEObackend

Ermənistanda şagirdi döyən müəllimin həbsinə ORDER VERİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda müəllim ikinci sinif şagirdini döyməkdə ittiham olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Ermənistanın Qeğarkunik vilayətində məktəblərdən birində ikinci sinif şagirdinə qarşı fiziki zorakılıq göstərilməsi ilə bağlı cinayət işi başlanıb.

İstintaqın məlumatına görə, Vardadzor (əvvəlki adı Atamxan – red.) kəndindəki məktəbdə müəllim dərs zamanı danışdığı üçün şagirdə çubuqla zərbə endirib. Uşaq daha sonra dəhlizə qaçıb.

Müəllim onun arxasınca çıxaraq uşağa əli ilə zərbə vurub və yenidən sinfə aparıb.

Yaxınlarının sözlərinə görə, uşaq evə qayıtdıqdan sonra boyun və qollarında izlər, gözlərində isə şişkinlik müşahidə olunub.

Hadisə ilə bağlı uşağın yaxınları Qeğarkunik vilayət administrasiyasına da müraciət ediblər.

Ermənistan İstintaq Komitəsi müəllimə barəsində cinayət işi açıldığını və onun həbsi üçün order verildiyini açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az