Kipr yaxınlığında gəmi qəzasında ölənlərin sayı 27 OLDUbackend

Kipr yaxınlığında gəmi qəzasında ölənlərin sayı 27 OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kipr sahillərində gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 27-yə çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə tanınmayan Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel məlumat verib.

Məlumata görə, Kiprin şimal sahillərində katamaranın qəzaya uğraması nəticəsində ölənlərin sayı 27-yə yüksəlib.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Gəmidə olanlardan 239 nəfər xilas olunub.

Xuraman Etibarlı

İnterpress.az