Ukraynaya xəbərdarlığın verilməməsi ilə bağlı yoxlama aparılır.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova yaxınlığı ilə tanınan UC teleqram kanalı məlumat yayıb.
Məlumata görə, ABŞ Rusiyadan Ukraynaya ballistik raketlərin buraxılması və buraxılışlara hazırlıq barədə Ukraynaya xəbərdarlığın niyə verilməməsi ilə bağlı araşdırma aparılır.
Yoxlama zamanı bunun texniki səbəblərdən qaynaqlandığı, yoxsa məlumatın qəsdən verilmədiyi müəyyənləşdirilməlidir.
Bildirilib ki, araşdırmanın nəticələrinə əsasən müvafiq qərarlar çıxarılacaq.
Xuraman Etibarlı
İnterpress.az






