Nənə və babasını öldürən keçmiş merin nəvəsi müharibəyə GETMƏK İSTƏYİRbackend

Nənə və babasını öldürən keçmiş merin nəvəsi müharibəyə GETMƏK İSTƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nənə və babasını öldürən Samara şəhərinin keçmiş merinin nəvəsi cəbhəyə göndərilməsini istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Samaranın keçmiş meri Viktor Tarxovun nəvəsi Yekaterina Tarxova nənə və babasının qətlində ittiham olunduğu məhkəmə prosesi zamanı onu Ukraynada hərbi əməliyyatlar zonasına göndərmələrini istəyib.

Viktor Tarxov və həyat yoldaşının ölümündən 2025-ci ilin əvvəlində xəbər tutulub. İstintaqın versiyasına görə, onlar zəhərlənib, azotla dondurulub və meyitləri hissələrə bölünüb. Qalıqların şəhərin müxtəlif ərazilərindəki zibil konteynerlərinə atıldığı bildirilir.

Məhkəmədə Yekaterina Tarxova qətllərə görə peşman olmadığını və günahını qəbul etmədiyini bildirib. O, naməlum maddə ilə zəhərləndiyini iddia edib.

Xuraman Etibarlı

İnterpress.az