İtaliya turist vizaları üzrə müraciətlərə baxılma müddətini 45 günə endirib.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliyanın Moskvadakı Viza Mərkəzi məlumat yayıb.
Məlumata görə, turist vizası üçün müraciətlərə baxılma müddəti əvvəlki 60 gündən 45 günə endirilib.
Bu dəyişiklik İtaliyaya səfər etməyi planlaşdıran müraciətçilər üçün sənədlərin nəzərdən keçirilməsi müddətinin qısalması deməkdir.
Qeyd edək ki, bu müddət İtaliyanın Rusiyadakı viza müraciətlərinə aiddir.
Səfər planlaşdıranlara sənədləri əvvəlcədən təqdim etmək tövsiyə olunur.
Xuraman Etibarlı
İnterpress.az






