Kurşunlu şəlaləsi yaxınlığında turist qayalıqlara YIXILDIbackend

Kurşunlu şəlaləsi yaxınlığında turist qayalıqlara YIXILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı turist Türkiyədə şəlalə yaxınlığında 6 metr hündürlükdən yıxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Türkiyənin Antalya vilayətində, Kurşunlu şəlaləsi yaxınlığında 58 yaşlı rusiyalı turist Olqa L. təxminən 6 metr hündürlükdən qayalıq əraziyə yıxılıb.

Məlumata görə, qadın kompleksin botanika bağında dostları ilə gəzərkən tarazlığını itirərək yıxılıb. O, ayaqlarından, qollarından və belindən xəsarətlər alıb.

Yaralı turist Antalyadakı şəhər xəstəxanasına yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az