Liposaksiyadan sonra qadın görmə qabiliyyətini İTİRDİbackend

Liposaksiyadan sonra qadın görmə qabiliyyətini İTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toy öncəsi estetik əməliyyat faciə ilə nəticələnib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası zərərçəkənin nümayəndələrinə istinadən məlumat yayıb.

Rusiyanın Şaxtı şəhərindən olan 53 yaşlı Anna toyuna qədər bədən quruluşunu dəyişmək üçün Moskvadakı “Grace Medical” klinikasına müraciət edib.

Ona qarın nahiyəsindəki piylərin götürülməsi və omba nahiyəsinə köçürülməsi əməliyyatı təklif olunub.

Məlumata görə, klinikada qadının qan qrupu barədə sənədinin olmadığı üzə çıxıb və baş həkim anesteziya verməkdən imtina edib.

Daha sonra paytaxtdakı xəstəxanalardan birindən mütəxəssis çağırılıb və o, anesteziyanı həyata keçirməyə razılıq verib.

Əməliyyatdan sonra Annanın vəziyyəti pisləşib, görmə qabiliyyəti zəifləməyə başlayıb. Üçüncü gün klinikadan evə buraxılan qadına oftalmoloqa müraciət etmək tövsiyə olunub.

Daha sonra o, Botkin adına xəstəxanaya çatdırılaraq reanimasiyaya yerləşdirilib. Bildirilir ki, bir gözündə görmə qabiliyyətinin təxminən 10 faizi qalıb, digər gözü isə tamamilə görmür.

Zərərçəkənin nümayəndələri klinikaya qarşı iddia hazırlayırlar. Onlar fiziki və mənəvi zərərə görə 9,1 milyon rubl (təxminən 180 min manat) təzminatla yanaşı, əməliyyatın dəyərinin də geri qaytarılmasını tələb edirlər.

Xuraman Etibarlı

İnterpress.az