Ermənistan “Daşların simfoniyası” təsvir olunan gümüş sikkə BURAXIRbackend

Ermənistan “Daşların simfoniyası” təsvir olunan gümüş sikkə BURAXIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Mərkəzi Bankı “Daşların simfoniyası” təsvir olunan xatirə sikkəsi buraxır.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının mətbuat xidməti məlumat yayıb.

Ermənistan Mərkəzi Bankı ölkənin Qarni bölgəsində yerləşən “Daşların simfoniyası” təbiət abidəsinin təsviri olan xatirə sikkəsi buraxacaq.

Gümüşdən hazırlanan sikkənin nominal dəyəri 3 min dram (təxminən 13,9 manat), çəkisi isə 93,3 qramdır. Sikkə cəmi 500 ədəd tirajla dövriyyəyə buraxılacaq.

Sikkənin ön tərəfində “Daşların simfoniyası”, arxa tərəfində isə Ermənistanın gerbi və “Geğard şiri” abidəsi təsvir olunub.

Xuraman Etibarlı

İnterpress.az