Peruda LATAM Airlines təyyarəsinin qanadı havaya qalxarkən alışıb.
İnterpress.az xəbər verir ki, bu barədə istehlakçı hüquqlarının müdafiəsi üzrə dövlət qurumu Indecopi məlumat yayıb.
Peruda hava limanından havaya qalxan LATAM Airlines aviaşirkətinə məxsus təyyarənin qanadında yanğın baş verib. Hadisədən sonra sərnişinlər təxliyə olunublar.
İnsidentin səbəbləri araşdırılır. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






