Moskvada 24 yaşlı qadın 9 ay hamilə olduğunu bilmədən uşaq dünyaya gətirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva sakini olan 24 yaşlı qadın appendisit şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı həkimlər onun hamilə ola biləcəyindən şübhələniblər.
Qadın qorunma vasitələrindən istifadə etdiyini əsas gətirərək hamiləlik ehtimalını inkar edib. Lakin xəstəxanaya yerləşdirildikdən cəmi 40 dəqiqə sonra o, uşaq dünyaya gətirib.
Məlumata görə, qadın hamiləliyinin doqquz ayı ərzində bundan xəbərsiz olub.
Xuraman Etibarlı
İnterpress.az






