Fransada iğtişaşlarla bağlı silah iddialarına rəsmi TƏKZİBbackend

Fransada iğtişaşlarla bağlı silah iddialarına rəsmi TƏKZİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa kəşfiyyatı iğtişaş iştirakçılarında silah tapılması barədə məlumatları təkzib edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) ölkədə iğtişaşlarda iştirak edən şəxslərdə silahların aşkarlanması barədə məlumatları jurnalistlərə ötürdüyünü təkzib edib və yayılan xəbərlərin doğruluğunu şübhə altına alıb.

Söhbət iğtişaş iştirakçılarında Kalaşnikov avtomatlarının və “Scorpion” markalı avtomat silahların tapılması ilə bağlı yayılan məlumatlardan gedir.

Xuraman Etibarlı

İnterpress.az