Özbəkistan və İran ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistanın “Dunyo” informasiya agentliyi məlumat yayıb.
Özbəkistanın Tehrandakı səfiri Nəsriyev İran Kooperativlər Palatasının sədri Abdullahi ilə görüşüb.
Tərəflər ikitərəfli ticarətin genişləndirilməsi, sahibkarlar arasında investisiya əməkdaşlığının inkişafı və peşəkar təcrübə mübadiləsinin təşkili məsələlərini müzakirə ediblər.
Görüşdə İran işgüzar dairələrinin nümayəndələrinin birgə layihələrin imkanlarını araşdırmaq məqsədilə Özbəkistana səfərinin təşkili də nəzərdən keçirilib.
Nəqliyyat-logistika sahəsində əməkdaşlığa, hava əlaqəsinin yaradılması imkanlarına, alternativ nəqliyyat dəhlizlərinin formalaşdırılmasına və müvafiq qurumlar arasında birbaşa əlaqələrin qurulmasına xüsusi diqqət yetirilib.
Xuraman Etibarlı
İnterpress.az






