Mendelin fikrincə, Zelenskinin Trampla bağlı açıqlamaları Ukraynanın vəziyyətini ağırlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Ukrayna Prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel hesab edir ki, Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Tramp barədə açıqlamaları Kiyevin vəziyyətini daha da çətinləşdirir.
Mendelin sözlərinə görə, Zelenski bundan əvvəl Vaşinqtonu Kiyevi kapitulyasiyaya məcbur etməyə çalışmaqda ittiham edib. Ertəsi gün isə ABŞ-nin ödənişi edilmiş “Patriot” raketlərinin Ukraynaya tədarükünü təxirə saldığı barədə məlumat yayılıb.
Mendel bildirib ki, bu hadisələr Ukraynaya rəhbərlik edən şəxsin öz addımlarının nəticələrini dərk etmədiyi təəssüratı yaradır. Bu, onun şəxsi qiymətləndirməsidir.
Xuraman Etibarlı
İnterpress.az






