Fransada etiraz aksiyaları zamanı 3 min mağazanın talan edildiyi bildirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanen açıqlama verib.
Nazirin sözlərinə görə, Fransada nümayişlər zamanı talan edilən mağazaların sayı 3 minə çatıb.
O bildirib ki, bu qədər ticarət obyektinin qarət edilməsi sahibkarların dövlətin öz vəzifəsini yerinə yetirə bilmədiyi barədə fikirlərini əsaslandırır.
Darmanenin açıqlaması etirazlar zamanı biznes obyektlərinə dəyən zərər və ictimai təhlükəsizliyin təmin olunması məsələsini yenidən gündəmə gətirib.
Xuraman Etibarlı
İnterpress.az






