Kiyevdə terror hücumu planı ÜZƏ ÇIXARILDI – İki nəfər SAXLANILDI – FOTObackend

Kiyevdə terror hücumu planı ÜZƏ ÇIXARILDI – İki nəfər SAXLANILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə səfərbərlik mərkəzlərinə terror hücumu hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

Ukrayna Təhlükəsizlik Xidməti Kiyevin mərkəzindəki ərazi komplektləşdirmə mərkəzlərinə (TKK) terror hücumları hazırlamaqda şübhəli bilinən iki şəxsi saxlayıb. İddialara görə, onlar Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət ediblər.

Məlumata əsasən, şübhəlilər mərkəzlərin binalarını, mühafizə sistemlərini və kameraları izləyib, mümkün hücum və geri çəkilmə yollarını araşdırıblar.

Hücum variantları arasında qumbaraatanlardan, “Molotov kokteyli”ndən və kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə də olub.

Saxlanılan şəxslərdən birinin üzərində döyüş qumbarası aşkar edildiyi bildirilir. Onları əmlak müsadirəsi ilə birlikdə 12 ilədək həbs cəzası gözləyə bilər.

İstintaqın məlumatına görə, ehtimal olunan digər iştirakçı ölkə xaricində gizlənir.

Xuraman Etibarlı

İnterpress.az