Tramp Ukraynanı işğal olunmuş ərazilərdən imtina etməyə razılaşdırmağa çalışır – NYTbackend

Tramp Ukraynanı işğal olunmuş ərazilərdən imtina etməyə razılaşdırmağa çalışır – NYT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Ukraynaya ərazi güzəştləri müqabilində sülh sazişindən qazanc vəd edir.

İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya tərəfindən işğal olunmuş əraziləri saxlamaq cəhdindən imtina etməyə inandırmağa çalışır.

Nəşrin yazdığına görə, Tramp Moskvanın şərtlərinin üstünlük təşkil etdiyi sülh sazişinin belə Ukraynaya iqtisadi qazanc gətirə biləcəyini bildirir.

Tramp Kiyevi müharibəni bitirmək istəməməkdə ittiham edir və Ukraynanın ABŞ-yə heç nə vermədiyini iddia edir.

NYT qeyd edir ki, bu açıqlamalarda Rusiyanın Ukrayna şəhərlərinə və enerji infrastrukturuna zərbələri diqqətdən kənarda qalır.

Nəşrin məlumatına görə, Vaşinqton Rusiyanın “Lukoyl” neft şirkətinin əhəmiyyətli hissəsi ilə bağlı mümkün razılaşmanı da müzakirə edir, Trampın nümayəndələri isə Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazırlaşırlar.

Nəşrin qiymətləndirməsinə əsasən, Tramp Moskva ilə münasibətləri bərpa etməyə çalışır və bu, Ukraynanın danışıqlardakı mövqeyini zəiflədə bilər.

Xuraman Etibarlı

İnterpress.az