Sərxoş kişi 67 yaşlı otel işçisini əl ağacı ilə DÖYDÜ – VİDEObackend

Sərxoş kişi 67 yaşlı otel işçisini əl ağacı ilə DÖYDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada kişi otel administratoru olan 67 yaşlı qadını çəlik ilə döyüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Ulan-Ude şəhərində 30 yaşlı kişi sərxoş vəziyyətdə otelin 67 yaşlı administratoruna hücum edib.

Məlumata görə, İvolqa rayonunda yaşayan şəxs başqa bir oteldə tanışı ilə spirtli içki qəbul etdikdən sonra çölə çıxıb. Üst geyimi olmadığı üçün üşüyən kişi müxtəlif qapıları döyməyə başlayıb.

Qapını açan yaşlı qadını təhqir edən şəxs ona yumruqla zərbələr endirib, daha sonra qonaqlardan birinə məxsus çəliyi götürərək qadını döyməyə davam edib.

Hadisədən sonra ərazidən qaçan şübhəli saxlanılıb. Zərərçəkən müxtəlif, o cümlədən ciddi xəsarətlər alıb.

Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Şübhəli barəsində ölkədən və yaşayış yerindən uzaqlaşmamaq haqqında iltizam tədbiri seçilib.

O, yeddi ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.

Xuraman Etibarlı

İnterpress.az