Rəhbər öz vakansiyasına CV göndərdi – 6 dəqiqəyə RƏDD CAVABI ALDIbackend

Rəhbər öz vakansiyasına CV göndərdi – 6 dəqiqəyə RƏDD CAVABI ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəhbər öz iş elanı üçün müraciət etdi və cəmi altı dəqiqə ərzində rədd edilib.

İnterpress.az xəbər verir ki, bir neçə ay ərzində uyğun namizəd tapa bilmədiyini bildirən şirkət rəhbəri işə qəbul prosesini yoxlamaq qərarına gəlib.

O, tələblərini şəxsən hazırladığı vakansiyaya saxta adla CV göndərib. Lakin cəmi 6 dəqiqə sonra müraciətinə rədd cavabı alıb.

Məlum olub ki, HR şöbəsi ilkin seçim mərhələsini süni intellektə həvalə edib. Süni intellekt isə CV-ni bir açar sözə görə avtomatik rədd edib.

Yoxlamanın nəticələrindən sonra rəhbər HR şöbəsinin əməkdaşlarının yarısını işdən çıxarıb.

Xuraman Etibarlı

İnterpress.az