Lerikdə qızıl axtaran şəxslərdən biri qayadan yıxılaraq ölüb, digəri saxlanılıbbackend

Lerikdə qızıl axtaran şəxslərdən biri qayadan yıxılaraq ölüb, digəri saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər.

Bu zaman qaçan şəxslərdən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Digər şəxs – E. Kərimov saxlanılıb.

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.

Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.